Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 30 iyul İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar videoçarx hazırlandı.

İnformasiya-resurs şöbəsinin əməkdaşı Günay Qululunun hazırladığı videoçarxda bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günüdür. Qeyd olunur ki, insan alveri insan hüquqlarını, ləyaqət və toxunulmazlığını birbaşa pozur. Videoçarxda insan alverinin qurbanları olan həssas qruplar qeyd edilib. İnsan alveri qurbanlarının müdafiəsi üçün yaradılan xüsusi müəssisələr, insan alverinin profilaktikası üzrə tədbirlər, insan alverinə qarşı mübarizədə maarifləndirmə işlərinin əhəmiyyəti haqqında da  məlumat verilir. Videoçarxda insan alveri qurbanlarının müraciət edə biləcəyi ünvanlar da qeyd olunub.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:

https://www.youtube.com/watch?v=ojOE-iTKuS4

Y.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN