Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar davam etdirilib.

DİN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, narkoşəbəkənin daha 20 üzvü saxlanılıb. Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlar zamanı 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 min 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkarlanıb.

narkorik-10

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN