Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şuraabad kəndi ərazisindən müxtəlif növ külli miqdarda narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarlılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, nəticədə 5 kiloqrama yaxın marixuana, 8 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 4440 ədəd metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus olmasının müəyyən edilməsi istiqamətimdə araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN