booked.netbooked.net booked.net  

Paytaxtın Səbail rayonunda məşhur maarifpərvər, ictimai xadim, mesenat Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərar verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Xatırladaq ki, milyonçu Hacı Zeynalabdin Tağıyev qazandığı sərvəti daha çox xeyriyyəçilik işlərinə sərf edib. Onun Azərbaycan xalqı üzərində əməyi böyükdür. O, saysız-hesabsız xeyriyyəçilik işləri görüb. Onun vəsaiti ilə Bakıda ilk teatr binası tikilib, Şollar su kəməri çəkilib, tələbələrə təqaüd təyin edilib, maddi yardım edib. Həmin tələbələr arasında  - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin hökuməti ali təhsil almaq üçün xarici ölkələrə göndərdiyi  yüz gəncə də  Z.Tağıyev maddi kömək göstərib.

Qeyd edilənlər isə Tağıyevin etdiyi xeyirxahlıqların mində biri də deyil.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra H.Z.Tağıyevə məxsus bütün yaşayış və ictimai binalar, sənaye müəssisələri müsadirə olunub. Hökumət ona ailəsi ilə birgə Mərdəkandakı bağında yaşamağa icazə vermişdi. Xalq Komissarları Sovetinin sədri N. Nərimanov isə Azərbaycanda fəaliyyəti dövründə onu bütün təzyiqlərdən qoruyurdu. H.Z.Tağıyev 1924-cü ildə Bakıda vəfat edib.

Bəli, görkəmli şəxsiyyətin Bakıda yenicə açılışı edilmiş abidəsinə şüurlu şəkildə zərər vuranlar,  mütləq cəzalandırılmalıdır.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN