Mədəniyyətimizin adına pul qazanıb mədəni abidələrimizin mənafeyini unudanların məhkəməsi yekunlaşdı...

Belə ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, Z.Sultanovun bankda olan 600 min manat nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları müsadirə edilib. Mədəniyyət Nazirliyinin mülki iddiası təmin olunub. Prokuror isə çıxışında Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

 

Qeyd edək ki, Zakir Sultanov daha əvvəl dövlətə dəymiş zərəri-cəmi 5 milyon manatı ödəmişdi. Bu zərərin 4 milyon manatını nəğd şəkildə, qalanını isə əmlakı və mülkləri ilə qaytarmışdı. Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı  2020-ci ilin mayında sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Beləliklə, uzun müddət idi davam edən məhkəmə istintaqına son verildi. Mədəniyyətimizin başına corab hörənlərə dərs olacaqmı?

A.Məmmədli 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA