Nəhayət, Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Belə ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib. Onlar əsirlikdə təqsirləndirilən şəxslər tərəfindən işgəncələrə məruz qaldıqlarını bildiriblər. Sonra prosesdə təqsirləndirilən Alyoşa Xosrovyan sərbəst ifadə verib. O, 2020-ci ildə Cəbrayılda tutulduğunu, Qarabağ ərazisinə icazəsiz keçdiyini bildirib. Azərbaycan dilində bəzi sözləri bildiyini deyən A. Xosrovyan Qafanda azərbaycanlılarla qonşu olduqlarını, onların sonradan Azərbaycana köçdüklərini söyləyib. Yazıq görkəm alan bu ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrin isə sayı-hesabı yoxdur. Bu barədə zərərçəkənlər hələ ötən iclasda ifadə veriblər, istintaq materiallarında vardır.
Bu qalmaqallı məhkəmə proses iyunun 30-da davam etdiriləcək.
E.Əzizli