Rusiya ordusu planlaşdırılan arzusuna çata bilmədiyindın mülki obyektləri dağıtmaq üçün bütün vasitələrdən istifadə edir.

Və ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə  şəhər merinin müşaviri Petr Andryuşenko deyib. Sitat: “Mariupol, “Azovstal”. Yenə - göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”.

Rusiyanın digər şəhərlərdə törətdiyi qətliamlar və fərqli hərbi cinayətləri də xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılır.

A.Məmmədli