booked.netbooked.net booked.net  

"Təəssüf ki, ölkəmiz sadəcə olaraq qorxudulmuş, təhqir olunmuş, azad olmayan insanların məskunlaşdığı bir yerə çevrilmişdir və biz onlarla təsadüfən bir yerdə yaşayırıq" - Mtavari Arxi" kanalının direktor müavini Giorgi Qabunia

Müxalif telekanal kimi tanınan “Mtavari arxi” televiziya kanalının təsisçisi və direktoru Nika Qvaramiya azadlıqdan məhrum edilib.

TEZADLAR.AZ xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə o, 3 il 6 ay müddətinə həbs edilib. Nika Qvaramiya ilə birlikdə təqsirli bilinən Rustavi 2-nin keçmiş maliyyə direktoru Kaxa Dameniya isə 50 min lari cərimələnib, “İnter Media Plus”ın direktoru Zurab İaşvili isə günahsız hesab edilib. Qeyd edək ki, Nika Qvaramiya məhkəmədən öncə verdiyi müsahibədə günahsız olduğunu deyib və ona qarşı açılan cinayət işinin siyasi olduğunu vurğulayıb. Xatırladaq ki, 2020-ci il sentyabrın 6-da Baş Prokurorluq “Rustavi 2” işi üzrə Nika Qvaramiya, o cümlədən Rustavi 2-nin keçmiş maliyyə direktoru Kaxa Dameniya və “İnter Media Plus”ın direktoru Zurab İaşviliyə qarşı ittiham irəli sürüb. Nika Qvaramiya “Rustavi 2”yə ​​məxsus külli miqdarda mülkiyyət hüququnu mənimsəməkdə, kommersiya rüşvətində və rəsmi sənədləri saxtalaşdırmaqda, ilkin razılaşma ilə qrup tərəfindən qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham edilib. Məlumat üçün bildirək ki, Jurnalist 2019-cu ilin iyulunda telekanalın sahibi dəyişəndən sonra baş direktor vəzifəsindən istefa verib, avqustunda “Mtavari arxi” telekanalını təsis edib.

"Mtavari Arxi" kanalının direktor müavini Giorgi Qabunia isə jurnalistlərə açıqlamasında bildirib ki,  telekanal fəaliyyətini davam etdirəcək: “İlk növbədə onu deyim ki, təəssüf ki, bizim məhkəmənin bu qərarı gözlənilməz olmadı. Bu gün yenidən təsdiq olundu və göründü ki, bizim dövlətimiz yoxdur. Təəssüf ki, ölkəmiz sadəcə olaraq qorxudulmuş, təhqir olunmuş, azad olmayan insanların məskunlaşdığı bir yerə çevrilmişdir və biz onlarla təsadüfən bir yerdə yaşayırıq. Nə dil, nə torpaq, nə din, təəssüf ki, artıq millətimizi, ölkəmizi birləşdirən nişanə deyil. Görürük ki, nə vətənimiz var, nə dilimiz var, çünkü düzgün yazıb-oxumağı bacarmırıq, bu dili yalnız belə qərarlar vermək üçün istifadə edirik. Biz əvvəlkindən daha çox mübarizə aparmağa davam edirik, çünki indi bizim azadlıq uğrunda sona qədər mübarizə aparmaq üçün daha bir çox böyük səbəbimiz var", - deyə Giorgi Qabunia bildirib.

 

24news.ge

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN