booked.netbooked.net booked.net  

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Sabunçuda törədilmiş qətllə bağlı birgə məlumat yayıb...

Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilmişdir. Belə ki, iyunun 09-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilmişdir. Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam edir.

*** 

...Əlbəttə, istintaq qətlin nə səbəbdən törədildiyinə hüquqi aydınlıq gətirəcək... Səbəbinə gələndə, məlum olacaq ki, adi bir məişət xarakterli mübahisə üstündə törədilib. Niyə? Elə hər mübahisə qan ilə nəticələnməlidir? Bu harda və hansı yazılmış və ya yazılmamış qanunda həkk olunub??? Doğrudanmı insanların bir-biri ilə mübahisəsini başqa sonluqla nəticələndirmək mümkün deyil? Professor, Azərbaycanın Əməkdar hüquqşünası İlham Rəhimovun "Cinayətin fəlsəfəsi" kitabında (bir neçə xarici dillərə tərcümə edilərək çap olunub) bu tip insanların törətdikləri əməllərin psixoloji- fəlsəfi mahiyyəti peşəkarlıqla izah edilir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN