booked.netbooked.net booked.net  

 Bu gün “Bank of Georgia”nın Batumidəki filialına hücum edilib.

Hadisə saat 13:00 radələrində baş verib. Məlumata görə, hücum edən şəxs bank əməkdaşlarını girov götürməyə cəhd edib və kassanın açılmasını tələb edib. Yerli medianın yaydığı məlumata görə, bank əməkdaşlarının müdaxiləsindən sonra soyğuncu pulu götürə bilməyib və hadisə yerindən qaçıb.

Artıq həmin şəxs saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 179-cu (quldurluq) və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddəsi ilə istintaq başlanılıb. Hazırda  bank öz işini bərpa edib.

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN