booked.netbooked.net booked.net  

Prokuror sabiq prezidentin məhkəməsinin klinikada keçirilməsi barədə hakimə müraciət edib, hakim də razılaşıb...

Eks prezident Mixeil Saakaşvilinin bu günkü məhkəməsi müalicə aldığı “Viva Med” klinikasında keçiriləcək.

Gürcüstan KİV-nin məlumatına görə, bununla bağlı Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Çaxnaşvili qərar verib. Hakim qərarı prokuror Levan Vepxvadzenin məhkəmə iclasının “Viva Med” klinikasında keçirilməsi barədə müraciətindən sonra verib. Saakaşvilinin vəkili isə bu qərara qarşı gəlib, Şota Tutberidze bildirib ki, Saakaşvili hazırki məhkəmə iclaslarına səhhətində olan problemlərə görə gələ bilmir, çünkü onun səhhəti özünü effektiv müdafiə etməyə imkan vermir, buna görə də məhkəmənin klinikada keçirilməsi qərarı düzgün deyil.

Xatırladaq ki, ötən il gizli yolla Gürcüstana gələn və daha sonra həbs edilərək Rustavi şəhərindəki 12 saylı həbsxanaya köçürülən eks prezident Mixeil Saakaşvili uzun müddət aclıq aksiyası keçirdi. Bu onun səhhətinə təsirsiz ötüşmədi. 

Ailəsi, tərəfdarları onun müalicə olunmaq üçün Avropaya  göndərilməsini tələb edirlər.

Bir müddət əvvəl elə  bu söz-söhbətə son vermək üçün eks prezident “VİVAMED” klinikasına  köçürüldü.

Lakin Saakaşvilinin vəkili Şota Tutberidze eks-prezidentin vəziyyətinin adıçəkilən klinikada heç də yaxşılaşmadığını, hətta yemək belə yeyə bilmədiyini bildirib.

 Qeyd edək ki, Mixeil Saakaşvili prezidentliyi dövründə şəxsi məqsədləri üçün dövlətin 3 milyon dollar vəsaitini mənimsəməkdə ittiham edilir. 

 

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN