Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin  qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə TEZADLAR.AZ-a DGK-dan məlumat verilib.

Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "İveco” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin  üzərində daşınan iki ədəd " Toyota Camry" markalı avtomobilin qapılarında gömrük nəzarətindən gizlədilən 10320 ədəd "Parliament" və 21480 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.