Tbilisinin Tsxneti qəsəbəsində qətl hadisəsi törədilib.

İş adamı Levan Kaçarava odlu silahla öldürülüb.

Yerli mətbuatın yaydığı məlumatlara əsasən, 53 yaşlı biznesmenə maşınında 20-yə yaxın güllə açılıb.

L.Kaçarava “Silk Road Group” şirkətinin həmtəsisçisi olub.

Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə istintaq aparılır.