booked.netbooked.net booked.net  

İyulun 18-də media nümayəndələrinin Neft Daşlarına səfəri başlayıb.

22 İyul - Milli Mətbuat Günü münasibətilə həyata keçirilən səfər Medianın İnkişafı Agentliyi və SOCAR tərəfindən təşkil olunub.

Tezadlar.az xəbər verir ki, bir günlük səfər müddətində KİV nümayəndələri Neft Daşlarının Azərbaycanın neft tarixində oynadığı rol, ümummilli lider Heydər Əliyevin istər birinci, istərsə də ikinci dəfə ölkəmizdə siyasi rəhbərliyi dövründə neft sənayesinin inkişafında xidmətləri, həmçinin fədakar neftçilər və onların ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə verdikləri töhfələr barədə geniş məlumat veriləcək.

Mediaturda KİV nümayəndələri, həmçinin neftçilərin iş şəraiti, dünyanın 8-ci möcüzəsi kimi də tanınan Neft Daşlarındakı maraqlı yerlərlə tanış olacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN