booked.netbooked.net booked.net  

 Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin beynəlxalq əlaqələri getdikcə artıq və möhkəmlənir. Xarici ölkələrin nüfuzlu media quruluşları rəhbərlərinin və nümayəndə heyətlərinin Medianın İnkişafı Agentliyində olaraq qarşılıqlı əməkdaşlığa önəm verməsi təqdirəlayiqdir... Belə görüşlər müntəzəm xarakter almaqdadır. MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılovun “Demirören” İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü də bu qəbildəndir. Görüşdə DHA-nın Təhsil Layihələri qrupunun direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu və Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov iştirak ediblər.
Görüş zamanı Əhməd İsmayılov qonaqlara Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, çap və onlayn mediaya dəstək proqramları, “Media haqqında” Azərbaycan Respublikası Qanunu, Media Reyestrinin aparılması qaydaları barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Görüş zamanı Təhsil Layihələri Qrupunun Direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu Türkiyədə yaradılan Demirören media peşə və texnologiya liseyi layihəsi haqqında ətraflı məlumat verib. Görüşdə səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. 
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN