Xersonlu jurnalist, rejissor Dmitri Bagnenko doğma şəhərinin ruslar tərəfindən işğal edilməsindən sonra nəinki oradan ayrılmamaq, həm də işini orada davam etdirmək qərarına gəlmişdir...

Tezadlar.az BBC-yə istinadla bildirir ki, O, bütün risklərə baxmayaraq, martın 1-də ətrafdakı hər şeyi gizli şəkildə lentə almağa və görüntüləri BBC vasitəsilə paylaşmağa nail olmuşdur. Lakin ruslar bunun necə baş verdiyini müəyyən edə bilməmişlər. Bu videolar əsasında isə “YouTube”da sənədli film yayımlanıb və media bunu Rusiyanın Xersonun işğalına misli görünməmiş daxili baxışı kimi elan edib. Rejissor üç ay ərzində rusların işğal etdiyi şəhərin həyatını lentə alıb. Xüsusilə, o, rus işğalçıları tərəfindən zorakılıqla dağıdılan etirazları, ərzaq və dərman çatışmazlığını, rus texnikasının Xerson küçələri ilə hərəkətini, gecə-gündüz atəş səslərini, dostların və məşhur yerli insanların itkin düşməsini və s. çəkib. Sitat: Sənədli film gənc ailənin şəhərinin tədricən Ukrayna kimliyini itirməsi ilə necə mübarizə aparmağın yollarını tapmasının parlaq təfərrüatları ilə doludur”, deyə BBC bildirib. "...Zaman keçdikcə ruslar şəhərdə internet və mobil rabitə üzərində nəzarəti bərqərar etdilər, beləliklə, onlar potensial olaraq Bagnenkonun işini izləyə bildilər. Bundan sonra ailə Xersonu tərk etmək qərarına gəlib".

Bəli, peşəkarlıq və vətənə bağlılıq hər bir çətin şəraitdə jurnalistlərin əsas silahıdır. Və dünya adı çəkilən rejissorun çəkdiyi gizli görüntülərlə Rusiyanın işğal mahiyyətini görməli oldu...

A.Məmmədli