Ermənilərin Qarabağda faydalı qazıntı yataqlarımızın qanunsuz istismarı əleyhinə Xankəndi-Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir...

Artıq dünya ictimaiyyəti də başa düşməyə başlayıb ki, Şuşa ərazisində- Rusiya sülhməramlılarının nəzarətində olan yolda baş tutan bu etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən təşkil olunub. Məqsəd də Qarabağ iqtisadi rayonunda erməni vandallarının ekoloji terroruna son qoyulmasıdır. Hansı ki, 2022-ci il dekabrın 3-7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr aparılıb ki, öz suveren ərazimizdə monitorinqlər keçirilməlidir. Yəni, ermənilərin 30 illik işğalına və talanlarına göz yumdunuz, susdunuz, kar və kor oldunuz, daha bəsdir. İndi Azərbaycan işğaldan azad etdiyi torpağında sərbəst hərəkət etməlidir. Bütün bunların əvəzində, Ermənistanın siyasi və hərbi rəhbərliyi, eləcə də ermənipərəst ölkələrin bəzi qurumları Şuşa-Laçın yolundakı aksiyanı guya Qarabağdakı ermənilərin blokadaya alması kimi dəyərləndirirlər. Lakin Azərbaycanın apardığı informasiya siyasəti artıq bu feyklərin böhtan xarakterli olduğunu sübut etməkdədir.

 "Təzadlar"ın baş redaktoru Asif Mərzili də müntəzəm olaraq əsl həqiqətlərin Türkiyə mediası vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılmasına çalışır. Bu gün jurnalistin Şuşadakı məlum aksiyanın humanitar xarakterli olduğu barədə daha bir xəbəri Türkiyənin tanınmış yazarlarının da fəaliyyət göstərdiyi "ANADOLUYAKASİHABER.COM" saytında yayımlanıb. Xatırladım ki, Asif Mərzili adı çəkilən saytda köşə yazarı kimi də fəaliyyət göstərir.

Həmin xəbərin linkini təqdim edirəm: https://anadoluyakasihaber.com/mulki-erm%c9%99nil%c9%99r-susa-xank%c9%99ndi-yolundan-rahat-kec%c9%99-bil%c9%99r-v%c9%99.html

***

Onu da deyim ki, Şuşa-Xankəndi yolundakı aksiya indiki soyuq və qar-çovğunlu havada da davam edir. 

Elçin MƏMMƏDLİ