"Ermənilərin blokada yalan və iftiraları..." yazısı Dünya Türk Jurnalistləri Birliyinin rəsmi saytında yayımlanıb...

"Təzadlar" qəzeti və eyni adlı saytın rəhbəri, jurnalist Asif Mərzilinin "Ermənilərin blokada yalan və iftiraları" yazısı Türkiyənin tanınmış yazarlarının fəaliyyət göstərdiyi ilkhavadis.com saytında yayımlanıb. Yazıda Aermənilərin Qarabağda apardığı qanunsuz qazıntı və istismar əməllərinə Rusiya sülhməramlılarının susması, eləcə də Azərbaycan mütəxəssislərinin ərazidə monitorinq həyata keçirməsinə mane olmalarına görə Şuşa-Xankəndi yolunda keçirilən aksiyalara toxunulur. Müəllif ermənilərin blokada yalanlarını tənqid edərək təklif edir: "...Bəli, siyasi və hüquqi məntiq də onu diqtə edir ki, əgər ermənilər bokadaya alınmaları barədə feyk məlumat tirajlayıb dünyanı bu yalanlara inandırmaq istəyirlərsə, niyə biz də gerçək, həqiqi faktlarımızı-Xankəndidə, Xocalıda olan evimizə qayıtmaq hüququmuzun 30 ildən çoxdur blokadaya alınmasını deməməliyik, haqqımızı tələb etməməliyik??? Eləcə də Laçında, Şuşada, Xocalıda, Ağdamda, Cəbrayılda və digər işğaldan azad edilmiş ərazilərdə vaxtilə yaşamış soydaşlarımız, həmçinin Qərbi Azərbaycanda evi-mülkü olmuş 300 mindən çox soydaşlarımız 34  ildir öz yurdlarına qayıda bilmirlər. Bu mülki insanların blokadasına kim cavab verməlidir???".

Aşağıda həmin yazının linkini təqdim edirik:

https://www.ilkhavadis.com/erm%c9%99nil%c9%99rin-blokada-yalan-v%c9%99-iftiralari.html

Elçin Məmmədli