«Təzadlar» qəzetinin baş redaktoru, Dünya Türk Jurnalistlər Birliyinin üzvü Asif Mərzilinin Azərbaycan Diplomatiya Akademiyasının rektoru, professor Hafiz Paşayev haqqında yazdığı məqalə  Türkiyənin «İlkhavadis.com» portalında yayımlanıb.

Qeyd edim ki, adı çəkilən məqalədə Professor Hafiz Paşayevin, adətən, hansısa statuslu şəxsdə -məmurda, xadimdə, elm adamında… rast gəlmədiyimiz bənzərsiz və sadə, özünəməxsus həyat və fəaliyyətindən, yaşam tərzindən bəhs olunur. Jurnalist müəllif yazısında professor Hafiz Paşayevlə bağlı şahidi olduğu, amma əksər hallarda heç kəsin hiss etmədiyi, görmədiyi və yaxud görüb dilə gətirmədiyi maraqlı həyat hekayəsini şəxsi müşahidələrinin süzgəcindən keçirərək qələmə alıb. Peşəkarlıqla qələmə alınan bu məqalədə diqqəti çəkən həm də budur ki, oxucu Professor Hafiz Paşayevin həyat və fəaliyyəti, elmi-pedoqoji və diplomat kimi fəaliyyətinə dair müşahidə təsvirlərində birmənalı olaraq tərifə rast gəlmir. Sadəcə, qeyd edilən və yazıya gətirilən mühahidə və hadisələr real fakt olaraq qələmə alınıb.

Aşağıda həmin məqalənin linkini təqdim edirik:

https://www.ilkhavadis.com/22985.html

Elçin Məmmədli