...Axı bu reyestr məsələsi niyə bəzilərinin yuxusunu qaçırdıb?

Dəfələrlə izah edilib ki, reyestrdə oldu-olmadı, hər kəsin jurnalist fəaliyyəti tanınır. Sadəcə, MEDİA yeni qanuna söykənərək istəyir ki, sistemlilik olsun. Məsələn, Əli Həsənovla Bəxtiyar Sadıqovun mediada at oynadan dönəmində fəxrlə deyirdilər ki, Azərbaycanda 5 minə yaxın KİV qeydiyyatdan keçib. Qeydiyyatdan keçmə sayına mətbuat deyirdilər. Amma hamı bilirdi ki, bu hesabat xatirinə deyilən rəqəmdir. Ölkədə AzərTAC-ın məlumatlarını dərc etməklə Əli Həsənovun KİVDF-sindən hər ay 30 min manat yardım, mənzil, Əməkdar jurnalist, "Tərəqqi" medalı, "Şöhrət" ordeni... alan KİV-ləri və onların əməkdaşlarını çıxanda, ortada oxunan, jurnalistikaya hörmət gətirən- tənqidi jurnalistikanın bir neçə nümayəndəsi var idi. Bu sətirləri oxuyan hər kəs bilir, "Təzadlar" olaraq hansı məmurdan şikayət məktubu, tənqidi yazırdıq, dərhal "onu sil, bunu çıxart" tələbləri ortada olurdu. Hansı tələbdən imtina edirdiksə, Bəxtiyar Sadıqovun çiçəyi çırtlayırdı, Bahar bayramını, "bic-biz" işləri də gözünün altına almırdı və Amaşovun olmayan saqqızını oğurlayıb Əli Həsənovun "dabrosu" ilə bizi gah reket, gah da "qara siyahı ilə topa tuturdular. Sual edirəm: MEDİA yaranandan niyə "reket qəzet", yaxud "reket jurnalist" məsələsi yoxa çıxdı? Çünki o adamlar tutduqları və layiq olmadıqları vəzifələrdən yoxa çıxarıldılar... İndi heç kimə deyilmir ki, bunu çıxart, onu yazma! Əgər ortada əsl jurnalistika varsa, o heç vaxt reket ola bilməz. Əgər reketdirsə, deməli, o cinayətkardır və bununla hüquq mühafizə orqanları məşğul olur... Məhəmməd Ərsoyun şərhini gördüm. Sizi həmin o MŞ-a nə qədər çağırıblar? Bilirsiniz... MEDİA yaranandan yazdıqlarınıza görə çağıran var? Yox... MEDİA çalışır ki, maksimum sistemlilik olsun, xarici mediada bir xəbərimiz yayımlansın, peşəkarlığımız ortada olsun, xarici jurnalistlərə deyil, özümüzə qibtə edək və özümüzdən nümunə götürək. Elə edək ki, biz xaricilərdən deyil, xaricilər bizdən öyrənsin. Fəlsəfə budur...

Sonda: biz jurnalistlər nə vaxta kimi daxili auditoriya üçün çalışmalıyıq? bircə yazısı diqqətdə qalmayan, açıq desək, jurnalistikadan xəbərsiz nə qədər Əməkdar jurnalistlər var! Bunlar Əli Həsənovun törəmələridir. Adam bəzən belələrini görəndə jurnalist olduğundan utanır. Sizə bunlar lazımdır? Lazımdırsa, bu sizlərin işi... Yox, lazım deyilsə, gəlin jurnalistikada özümüzü jurnalist kimi aparaq. Necə ki, akula özünü okeanda elə AKULA kimi də aparır. Təəssüflər olsun, biz jurnalistikamızın sularını "kilkələrə" meydan kimi formalaşdırmaq istəyənlərə susuruq...

Lap sonda: Əflatun Amaşov həmişə bizim bir yazını nümunə çəkir: neçə il əvvəl  bir araşdırma apardıq. Bir qəzet redaktoru solaxay iş tutmuşdu, onun kimliyini araşdırıb əmək kitabçasını tapdıq. Əmək kitabçasında iki qeyd var idi:

1.Filan yemçilik təsərrüfatına baş çoban təyin edilsin.

2.Filan qəzetin (qəzetin adını indi unutdum.red.) baş redaktoru təyin edilsin.

Bu iki təyinat arasındakı müddət 9 ay idi...

Cənablar, sizə belələri lazımdırsa... Daha nə deyim...

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN