booked.netbooked.net booked.net  

Hollandiyada yaşayan, hazırda Vətənini ziyarətə gələn “Xudaferin” jurnalının baş redaktoru Elman Mustafazadə Mətbuat Şurasını da ziyarət edib.

O, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün Azərbaycan Respublikasının Mətbuat Şurasın sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının üzvü, Əməkdar Mədəniyyət İşçisi, yazıçı və jurnalist Rəşad Məcid, Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudaferin (www.xudaferin.eu) jurnalinin baş redaktoru kimi məni qəbul etdi.

Görüşdə uzun illər Avropada Azərbaycan mədəniyyətinin təbliğində və informasiya alanında göstərdiyimiz fəaliyyətimizi yüksək qiymətləndirən Rəşad Məcid, öz faydalı məsləhətlərini də bildirdi. Azərbaycana qarşı uzun illərdir böhtan və iftira yağdıran erməni təbliğatına qarşı birgə əməkdaşlıq təklifi edən Cənab Sədr, Azərbaycan həqiqətlərini müxtəlif dillərdə materiallarla təmin edəcəklərini bildirdi.

İlk dəfə Mətbuat Şurası tərəfindən səmimi qarşılandığım üçün Rəşad Məcidə dərin təşəkkürümü bildirirəm”, - deyə Elman Mustafazadə qeyd edib.

Xatırladaq ki,  “Xudaferin” jurnalı 1995-ci ildən 2000-ci ilədək Polşa (Lehistan) Respublikasında nəşr edilmişdir. Polşa (Lehistan) Respublikasının Ali Məhkəməsi 4 iyul 2014-cü il (sygn.aktI NsRej 6/14) qərarı ilə “Xudaferin” jurnalı yenidən bərpa edilərək Avropa Birliyində bütün dillərdə nəşr edilmək, yayılmaq, satılmaq və nümayəndəliklərini açmaq hüququ qazanıb.

Təsisçi: Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti və "Xudafərin" (www.xudaferin.eu) dərgisi.

NIP:8251568794 PEGON:030287745

İmtiyaz sahibi ve baş redaktoru Elman Mustafazadədir.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

"Xudaferin dərgisi iqtidar, müxalifət fərqi qoymadan, hər hansı firqə, içtimai birlik və mühacir təşkilatlarının mənafeyindən cıxış etmədən Vahid, Müstəqil, Demokratik Azərbaycan idealına söykənir”, - deyə Elman Mustafazadə vurğulayıb.

Biz isə hər zaman qəlbi vətənlə döyünən yazara ölkə xaricində - qürbətdə Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı üçün təşəkkür edir və ona yaradıcılığında, fəaliyyətində uğurlar diləyirik.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN