Rusiyada koronavirus pandemiyası dövründə infeksiyadan ölənlərin sayında yeni antirekord qeydə alınıb.

Ölkədə ötən sutka ərzində koronavirusdan 820 nəfər ölüb.

Bu günədək ən yüksək göstərici (819 nəfər) avqustun 14-də qeydə alınmışdı.

Son sutkada Rusiyada koronavirusa yoluxanların sayı isə 19 630 nəfər təşkil edib.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 6,8 milyon nəfəri ötüb, 179 243 nəfər həyatını itirib.