Xəbər verildiyi kimi, Venesuelanın beş ştatında güclü yağışlar təbii fəlakələtlərə səbəb olmuş, evlər su altında qalmış, əhali arasında ölənlər var.

Venesuela prezidenti Nikolas Maduro şiddətli daşqınlar səbəbindən ölkədə fövqəladə vəziyyətin elan olunmasına dair fərmanı imzalayıb.

Venesuela prezidentinin qərarı onun “Twitter” səhifəsində canlı yayımlanan hökumət üzvlərinin müşavirəsində elan edilib.

“Ölkənin beş ştatında təbii fəlakətlərə səbəb olan yağışlarla əlaqədar 90 günlük fövqəladə vəziyyət haqqında fərman imzalayıram”, - deyə N. Maduro bildirib.