...Sosial platforma istifadəçisi olan bir xanım maraqlı layihəsini təqdim edib. O, insanların diqqətini vatsap və tik-tok-dan kənar duraraq həm də qəzet oxumağa sövq edən bir məqama yönəldib. Belə ki, bədəninə təxmin etdiyim bir qəzeti büküb, özü də statusunda yazıb ki, istəyirəm qəzet oxutdurmaq üçün mən də jurnalistlərə bir dəstək verim...
Maraqlı fikirdir! Bəli, qəzetləri və qəzetçiliyi o günə salmışıq ki... Dəfələrlə yazmışam: qəzeti də, kitabı da oxumazlar, oxutdurarlar! AzərTAC-ın rəsmi məlumatlarını qəzet səhifələrinə yayıb köşklərə göndərmək qəzetçilik deyil... Düşünmək vaxtıdır! Bəli, qəzet pozulmaz arxivdir, amma bu arxivə tariximizin və günümüzün elə səhifələrini yerləşdirməliyik ki, gələcək nəsil qəzetə və qəzetçiliyə nifrət eləməsin!
A.Məmmədli 
qezet-3
qezet-2