“Politico” xəbər verir ki, Britaniya kraliçası II Yeizavetanın ölümü onun təbəəsi olan milyonlarla əcnəbi vətəndaşın İngiltərəyə axın etməsinə səbəb olacaq.

Bu, ölkədə terror təhlükəsinin artmasına gətirib çıxaracaq. Mümkün xaosun qarşısını almaq üçün fövqəladə tədbirlər görüləcək.

Müvafiq müddəalar Britaniyada hazırlanmış gizli “London körpüsü” planında nəzərdə tutulub. Plan monarxın ölümündən basdırılmasınadək olan təxminən 10 günlük müddəti əhatə edir.

Sənəddə hazırda 95 yaşlı kraliçanın gümrah olduğu da bildirilir.

Bu necə sənəddir ki, kraliça hələ dünyasını dəyişməmiş ölümü ilə əlaqədar tədbirlər planı hazırlanıb, digər tərəfdən də bəyan edirlər ki, 95 yaşı olsa da, kraliça özünü gümrah hiss edir. Bu, dolayısı yolla o deməkdir ki, hazır olun, kraliça bu gün-sabah o biri dünyaya köç edəcək. Kraliça da olsa, insandır və bəlkə o 120-150 il yaşayacaq və indidən ona ölüm hökmü vermək qeyri-insani bir hərəkətdir.

Sonra da düşünürsən ki, bəlkə kraliçanın özü bu planı hazırlayıb. Yəni, kraliça elə-belə adam deyil, onun ölümü də, dəfni də illərlə formalamış qaydalara uyğun olmalıdır. Bütün bu düşüncələriimizə aydınlıq gətirmək üçün kral ailəsinin bəzi sirləri ilə tanış olaq:

İngiltərəni idarə edən kral sülalələri

2066-cı ildə Böyük Britaniya monarxiyasının 1000 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bu tarix 1066-cı ildin oktyabrında Normaniya hökmdarı I Vilhelm İstilaçının adaya qoşun çıxararaq anqlo-saksonları məğlub etməsi ilə bağlıdır. Vilhelmin əsasını qoyduğu Normandlar sülaləsi tarixin gedişində Plantagenetlər (1154-1485), Tüdorlar (1485-1601), Stürartlar (1603-1714), Hannoverlər (1714- 1901) və Vindzorlar (1901 ) sülalələri əvəz edib.

Göründüyü kimi, hazırda taxtda Vindzolar sülaləsidir. Britaniya kraliçası II Yelizaveta məhz bu sülalənin nümayəndəsidir.



Mersiyanın hakimi Offa (757- 796) müflisləşmiş, ətraf əraziləri də özünə birləşdirərək İngiltərədə ilk dəfə kral titulunu qəbul etmişdir. Bu sülalənin krallığı 1066-cı ilədək davam etmişdir. Anqlosaksonlu bu sülalənin sonuncu kralı Edqar Etelinq (oktyabr – dekabr 1066 il) idi.

 Ondan sonra hakimiyyət I Vilhelmə ( “İstilaçı” ləqəbli) keçmişdir. I Vilhelm bununla da Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur.

Stefan öldükdən sonra hakimiyyətə yeni sülalə — Plantaqenetlər sülaləsi gəlir. Bu sülalə iki qola ayrılır – Lankastorlar və Yorklar. Sülalə İngiltərə krallığını 1485-ci ilədək idarə etmişdir. Bu sülalədən olan 14-cü, sonuncu kral III Riçard cəmi 2 il (1483-1485) krallıq edə bilmişdir. Riçard 1485-ci ildə Bosuort ətrafında gedən döyüşdə həlak olmuşdur.

Elə döyüş meydanındaca öldürülmüş III Riçardın başından tacı çıxarıb Henrix Tüdorun başına qoyurlar. Henrix Tüdor tarixdə VII Henrix adı ilə tanınmışdır. Bununla da taxt-taca Tüdorlar sülaləsi sahib olur. Tüdorların hakimiyyəti dövrü İngiltərənin tarixində renessans dövrü hesab edilir. Tüdorların hakimiyyəti 1603- cü ilədək davam etmişdir. Hakimiyyətə Stüartlar gəlir.

Stüarlar 1603-cü ildən 1714-cü ilədək krallığı idarə etmişlər.Stüartların sonuncu nümayəndəsi Kraliça Anna olmuşdur. Annadan sonra 1714-cü ildə hannoverli Qeorq hakimiyyətə gəlir. Bu sülalə isə 1714-cü ildən 1901-ci ilədək hakimiyyətdə olmuşdur.

Vindzor soyadı… Hannoverlərin son nümayəndəsi kraliça Viktoriya olmuşdur. Viktoriya imperiyanı 64 il idarə etmişdir. 1840-cı ildə kraliçanın ailəsində yeni – Saksen-Koburq-Qotlu soyadı əlavə olunur. Kraliça Viktoriya şahzadə Albertə ərə gedir. Albert hersoq Saksen- Koburq-Qotlunun oğlu idi. Bu sülalənin yeganə nümayəndəsi kral VII Edvard olmuşdur, hansı ki, XX əsrin əvvəllərində 9 il hakimiyyətdə olmuşdu. Onun varisi olan kral V Qeorq isə I Dünya Müharibəsi dövründə adının, soyadının almanca səslənməsi şərəfinə özünə Vindzor ləqəbi götürmüşdür.

Uzun illər boyu Britaniya kralları ölkənin bütün ictimai-siyasi həyatını müəyyən edən qeyri-məhdud hakimiyyətə malik şəxslər idi. Lakin XX əsrin əvvəllərindən başlayaraq kral hakimiyyətinin ölkənin siyasi həyatına – baş nazir təyin etmək, qanunverici hakimiyyətə müdaxilələr etmək və s. funksiyaları zəifləməyə başladı. Atası VI Georqun vəfatından sonra taxta çıxan hazırki kraliça II Yelizavetanın vaxtında monarxiya öz ictimai-siyasi təsirini tamamilə itirdi. Əgər hakimiyyətinin ilk illərində gənc kraliça hələ baş nazir təyinatına təsir göstərə bilirdisə, sonrakı illərdə o sırf mərasim funksiyaları yerinə yetirir. Yəni II Yelizaveta ölkənin qanunvericiliyinə və baş nazirin fəaliyyətinə heç bir müdaxilə etmir. O, konstitusional hökmdar sayılır. Onun səlahiyyətləri xüsusi qanunlarla məhdudlaşıb. Britaniya kral sarayının statusuna daha detallı yanaşsaq, ilk növbədə qeyd olunmalıdır ki, kraliça – Britaniyanın tarixinin, ənənələrinin simvoludur. Britaniyalılar hökmdarlıq ənənələrinə xüsusi sevgi ilə yanaşırlar.

II Yekaterinanın rəsmi funksiyaları – Britaniya parlamentinin sessiyalarını açıq elan etmək, yüksək vəzifəli xarici qonaqların qəbulu, fəxri ad və mükafatların verilməsi, Milad bayramı ilə bağlı krallıq sakinlərinə müraciəti və s. daxildir.

Gündəlik həyatda isə kraliçanın vəzifələri dəyişməzdir. Onun iş qrafiki səhər vaxtı dəftərxanasının hazırladığı son xəbərlər və parlamentin son iclası ilə bağlı icmalla tanışlıqdan başlayır. Vacib dövlət sənədlərini də kraliça səhər vaxtı imzalayır. Günü günün ikinci yarısında, adətən kraliça rəsmi tədbirlərdə, bayramlarda, ölkənin müxtəlif bölgələrində infrastruktur obyektlərinin istifadəyə verilməsində iştirak edir. Axşam saatlarında isə birlik ölkələrindən və müxtəlif nazirliklərdən daxil olan sənədlərə nəzər salır.

Kraliçanın iqamətgahı Bukinqem sarayıdır. Kraliçaya ünvanlanmış yüzlərlə məktub hər gün bu saraya gətirilir. Adətən II Yelizaveta çoxsaylı məktubların arasında təsadüfən seçdiyi bir neçə məktuba göz atır. Qalan cavabsız məktublara isə kraliça dəftərxanasının və informasiya şöbəsinin əməkdaşları cavab verirlər.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının qanunları bir ölkə sakini kimi kraliçaya şamil olunmur. Buna görə də onu məhkəmyə vermək hüquqi baxımdan mümkün deyil.

Hər yeni fəaliyyət başlayan parlament kraliçanın illik əmək haqqını müəyyən edir. Hazırda II Yelizaveta ildə Britaniya xəzinəsindən 1 milyon funt sterlinq məvacib alır. Bu vəsaitin yalnız 10 faizi onun şəxsi ehtiyaclarına ayrılır. Qalan məbləğ illik kral mükafatlarının verilməsinə, çoxsaylı saray rəiyyətinin saxlanması və s. xərclənir. Ümumiyyətlə, Vindzorlar sülaləsinin saxlanmasına büdcədən ildə 20,4 milyon funt-sterlinq ayrılır. Bura kraliça və kral ailəsi üzvlərinin nəqliyyat xərcləri, personal xərclər və s. daxildir.

Bukinqem sarayı kraliçanın iş yeri sayılır. Burada banketlər, xarici ölkə səfirləri ilə görüşlər, mükafatlandırma mərasimləri təşkil olunur. Saray Londonun Pell-Mell küçəsində, kraliça Viktoriyanın heykəli ilə üzbəüz yerləşir.

London-krallara layiq - Silk Row Travel

Kraliça həm də Britaniya Silahlı Qüvvələrinin komandanı sayılır. Kral ailəsinin əksər üzvləri kimi o da Britaniya ordusunun və bir çox birlik ölkələrinin zabiti sayılır.

Qeyd edək ki, birlik ölkələri dedikdə, vaxtı ilə Britaniya imperiyasının müstəmləkələri olan dövlətlərin tarixi-mədəni ittifaqı nəzərdə tutulur. Təsadüfi deyil ki, II Yelizaveta 15 birlik ölkəsinin (Avtraliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu və Yamayka) kraliçası, Anqlikan kilsənini rəhbəri və Men adasının lordudur.  

 

95 illik həyatının 69 ilini kraliça kimi yaşayan II Yezlizaveta həm də dünyanın ən zəngin qadınlarından biri sayılır. Onun İngiltərə və Şotlaniyada 182 min 313 akr torpaq sahəsi var. Bu torpaqlardan gələn illik gəlirin bir hissəi dövlət xəzinəsinə, qalanı isə kraliçaya ödənilir. 

Şakir QURBANOV