9 sentyabrda baş vermiş mühüm hadisələr:

  • 337— Roma İmperiyası parçalanmışdır.
  • 1570— Osmanlı ordusu Kipri tutmuşdur.

1801 — Rus qoşunu Bakı ətrafı əraziləri işğal etmişdir.

  • 1825— Bethovenin son konserti olmuşdur.
  • 1835— Fransada senzura: karikatura çəkmək qadağan edilmişdir.
  • 1911— Dünyada ilk dəfə İngiltərədə aviapoçt xidməti meydana gəlmişdir.
  • 1944— Bolqarıstan faşizmdən azad olunmuşdur.
  • 1955— SSRİ və AFR diplomatik əlaqələri bərpa etmişlər. 

1922- Dumlupinar Meydan Müharibəsində qələbə əldə edilməsindən sonra Türkiyə Ordusu işğal altındakı İzmir şəhərinə girdi.

***

1948- Kim İl-Sunq Şimali Koreyanın qurulduğunu elan etdi.

***

1954- Əl-Cəzairin Əl Asnam şəhərində baş verən 6,4 bal gücündəki zəlzələdə min nəfər öldü.

***

1976- Çin xalq Cümhuriyyətinin qurucusu Mao Zedunq öldü.

***

1982-Türkiyənin Burqaz Konsulluğu İdari attaşesi Bora Süelkan erməni terrorçular tərəfindən şəhid edildi.

***

1991- Tacikistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan etdi.

***

1993- İsrail və Fələstin Azadlıq təşkilatı bir-birlərini rəsmi olaraq tanıdılar.

***

2001- Əfqanıstan müqavimətinin lidərlərindən Əhməd Şah Məsud sui-qəsd nəticəsində öldürüldü.

***

2004- İndoneziyanın paytaxtı Cakartadakı Avstraliya Səfirliyinə bombalı hücum edildi, 10 nəfər öldü.

***
2009 — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.

***

1828 — Görkəmli rus yazıçısı  Lev Tolstoy  Tula  quberniyasında anadan olmuşdur.

***

1876 —Məşhur  xanəndə,   Əməkdar artist  İslam Əbdül oğlu Abdullayev Şuşa şəhərində anadan olmuşdur. Qarabağ muğam məktəbinin görkəmli  nümayəndələrindən biridir. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.

22 sentyabr 1964-cü ildə vəfat etmişdir.

***

1900— Məşhur kimyaçı alim (analitik və qeyri-üzvi kimya), professor, Azərbaycan Milli EA-nın  akademiki , Azərbaycan Respublikası Əməkdar elm xadimi  Həbibulla bəy Şahtaxtinski anadan olmuşdur. 

22 sentyabr 1986-cı ildə vəfat etmişdir.

 ***

1924 —Astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, Əməkdar müəllim, professor Rəhim Əyyub oğlu Hüseynov Şuşa şəhərində anadan olmuşdur.

Rəhim Hüseynov 2012-ci il avqustun 21-də ömrünün 88-ci ilində vəfat etmişdir.

***

1926 —  Məşhur pediatr və kardioloq, tibb elmləri doktoru , professor , SSRİ Tibb EA-nın müxbir üzvü, Əməkdar elm xadim, Azərbaycan EA-nın həqiqi üzvü , Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatıƏdilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur.

Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata - korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.

Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.

"Şöhrət” ordeni ilə təltif edilmişdir.

***

Şakir QURBANOV