Yasamal rayon MKS-nin 2 nömrəli kitabxana filialında yazıcı-jurnalist Asif Mərzilinin əfsanəvi kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı şəhid, polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanının ictimai müzakirəsi  keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Sonra kitabxana filialının müdiri Yəmən Əmirova  çıxış edərək əsər haqqında məlumat verdi. Bildirdi ki, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun qəhrəmanlıq dolu həyatından bəhs edən roman gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və böyüməsində əvəzsiz dəyərə malikdir: "Mən romanı bir gecəyə oxuyub bitirdim. Hadisələr elə cərəyan edir ki, oxumada fasiləyə yer qalmırdı... İgid kəşfiyyatçılarımızın qəhrəmanlığı qürurvericidir, fəxr olunasıdır ki, xalqımızın belə qəhrəmanları vardır. Onlar bizə tarixi qələbəni yaşatdılar...".

 Kitabxana filialının əməkdaşı Aybəniz Əliyeva isə şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun döyüş yolu haqqında geniş bəhs etdi.

“Sonuncu əmr” kitabının muəllifi Asif Mərzili isə çıxış edərək romanın yazılma səbəb və zərurətindən danışaraq ictimai müzakirədə iştirak edənlərə ətraflı məlumat verdi. 

 Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Ruhiyyə Poladova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Ekspertlər Şurasının sədri Nəzakət Əhmədova, “Təzadlar” qəzetinin baş redaktor müavini Elbar Şirinov, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, “Təzadlar” qəzetinin müxbiri Rövşanə Nağıyeva, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov, T.Abbasov adına 225 nömrəli məktəbinin kitabxana müdiri Tahirə Zamanova, böyük kitabxanaçı Afət Ağayeva və başqaları kitab haqqında fikrlərini bildirdilər.

 Azətbaycan Texniki Unuversitetinin tələbələri- Xəqan Yaqub, Teymur Kazımzadə, baş kitabxanaçı Xumar Babayeva, kitabxananın fəal oxucusu Ulduzə Seyfullayeva  və başqaları isə müəllifə müxtəlif səpkili suallar verdilər. Romanın müəllifi Asif Mərzili onların suallarını ətraflı cavablandırdı.

Sonda Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili kitabxanaya və qonaqlara "Sonuncu əmr" romanını imzalayaraq hədiyyə etdi.

Y.Məmmədli

img-20240503-wa0024

sonuncu-zenggg

sonuncuuu-zengg

son-emr

sonuncu-zeng-rom