Qırğızıstan Prezidenti Sadır Japarov “Media və jurnalistika sahəsində illik “Meykin” Prezident Mükafatının təsis edilməsi haqqında” Sərəncam imzalayıb.
Tezadlar.az 24.kg saytına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunduğu kimi, illik mükafat “yaradıcılığı təşviq etmək, media və jurnalistika sahəsində nailiyyətləri tanımaq, peşənin nüfuzunu artırmaq və jurnalistlərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq” məqsədi ilə təsis edilib.
Bildirilir ki, onlar 3 ay ərzində namizədlərin seçilməsi və mükafatın verilməsi üzrə komissiyanın tərkibini təsdiq etməyi planlaşdırırlar, hansı ki, tərkibinə müstəqil media ekspertləri də daxil edilməlidir.
“Ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatının” müxtəlif sahələrini əhatə edən ümumilikdə 10 rəqabətli nominasiya müəyyən edilib.
Qeyd olunur ki, mükafat fondunun ümumi məbləği 10 milyon somdur.
10 nominasiya üzrə hər qalibə 1 milyon som (təqribən 19074.52 manat) mükafat veriləcək.
Mükafat Prezident Fondundan maliyyələşdiriləcək.
Prezidentin bu il ilk dəfə olaraq 7 noyabr Jurnalistika Günü ərəfəsində “Meykin” mükafatını təqdim edəcəyi gözlənilir.
Y.Məmmədli