Bu gün iyunun 14-də Bakı Apellyasiya Məhkəməsi araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin 1 ay – iyulun 13-dək uzadılması ilə bağlı şikayətini təmin etməyib.

Tezadlar.az "TURAN"a istinadla bildirir ki, jurnalistin vəkili Rəsul Cəfərov Turan-a bildirib ki, müdafiə tərəfi Babalının cinayət təqibini və həbs olunmasını əsassız hesab edir. Babalı görmə üzrə üçüncü qrup əlildir. Bundan əlavə, aşağı ətraf damarlarının varikoz genişlənməsindən əziyyət çəkir və bu xəstəlik istintaq təcridxanasında kəskinləşib. Jurnalistin cərrahi əməliyyata ehtiyacı var. Sitat: "...Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı cinayət işi çərçivəsində həbs edilib. Onlar qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Həbs olunanlar özlərini günahkar hesab etmirlər". 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN