ABŞ-ın Kaliforniya ştatının Hantinqton-Biç şəhərində polis əməkdaşları dünyanın ən böyük sörfinq yarışlarından olan “Open of Surfing”in iştirakçısını güllələyərək öldürüblər.

Bu barədə “FoxNews” məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərlikdə "silahlı şübhəli adam"ın olması barədə informasiya alıblar. Bu xəbərdən sonra onlar çimərliyə gəliblər.

Polisdən verilən məlumata görə, şübhəli onların tələblərini yerinə yetirməkdən imtina edib, bundan sonra yaxın məsafədən bir neçə dəfə güllələnib. Yetkin yaşlarda olan idmançının adı açıqlanmır.

Qeyd edək ki, güllələnən adam xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, nəticədə idmançı aldığı xəsarətlərdən dünyasını dəyişib.

E.ŞİRİNOV