Rusiya Prezidenti Vladimir Putinin 69 yaşı tamam olur.

Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Kаterina (1986-cı ildə Drezdendə anadan olublar.) Мariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Kаterina şərq fakültəsində təhsil alıblar (2003-cı ildə qəbul olunublar). V.Putinin qızları haqqında məlumat mətbuatda az verilir.

2013-cü ilin iyunun 6-da Lyudmila ilə boşanması haqqında açıq elan etdilər.

1997-ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim,iqtisad elmləri doktoru V.A.Fyodorov idi.

Rusiya Prezidenti adətən doğum günlərini işlə bağlı tədbirlərdə keçirir. Məsələn, 2017-ci ildə Rusiya prezidenti ad günündə Soçidə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclasda iştirak etmişdi.

Əvvəlki illərdə isə Putin doğum günündə xokkey oyununa qatılıb, yaxud da məzuniyyət götürərək Sibir tayqasına üz tutub.

Qeyd edək ki, Putin 17-cı dəfədir ki, doğum gününü Rusiya prezidenti vəzifəsində qeyd edir.

Vladimir Putin və Heydər Əliyev Bakı Slavyan Universitetində. 2001

Şakir QURBANOV