Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni qərar imzalayıb. Belə ki, bundan sonra Türkiyənin ixrac etdiyi məhsullar üçün “Made in Turkey” deyil, “Made in Türkiye” ifadəsi işlədiləcək.

Qərara əsasən, beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turquie”, “Turkei” və buna bənzər ifadələr yerinə “Türkiye” ifadəsinin işlədilməsinə diqqət yetiriləcək. Həmçinin əlavə yeni tərtibata görə, hər cür fəaliyyət və yazışmalarda da “Made in Türkiye” yazılmasına xüsusi önəm veriləcəkdir.

E.ŞİRİNOV