Ermənistan Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində itkilərinin olduğunu etiraf edib.
Bu barədə Ermənistan KİV-ləri yazır.
Qeyd olunur ki, Ermənistan tərəfindən bir nəfər ölüb, daha bir neçə hərbçi yaralanıb.
Xatırladaq ki, Ermənistan dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.