Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda Azərbaycanın Xalq şairi Vahid Əzizin «Param-parça illər…» kitabının təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayev, tərcüməçi-şair Səlim Babullaoğlu, Akademik, millət vəkili Nizami Cəfərov, tanınmış naşir Əlövsət Ağalarov, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili, professor Firudin Cəlilov, nəğməkar şair Yusif Nəğməkar və başqa tanınmış söz və sənət xadimləri çıxış etdilər.

***

 Bu gün isə Xalq şairi Vahid Əzizlə «Təzadlar» qəzetinin redaksiyasında görüş keçirildi. Şairin gəlişi redaksiyanın bazasında PRESS-TV internet televiziya studiyasının açılışına təsadüf etdiyindən görüş daha maraqlı keçdi.

 Şairin yaradıcılığına toxunan tanınmış iş adamı, söz və sənət vurğunu, dəyərli ziyalımız Azər Əlizadə Xalq şairi Vahid Əziz haqqında ürək sözlərini söylədi, şairin yaradıcılığından parçalar səsləndirdi.

 Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin icraçı direktoru Samirə Əsədova Vahid Əziz poeziyasının vurğunu olduğunu bildirdi və şairin «Param-parça illər» kitabına yüksək dəyər verdi.

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili qonaqlara minnətdarlığını bildirməklə, qeyd etdi ki, Vahid Əziz poeziyası şeir-sənət mədəniyyətimizə həmişə hörmət gətirən olub, bu gün də Vahid Əzizin şeirlərinə yazılmış mahnılar sevilərək oxunur.

«Təzadlar» qəzetinin iqtisadiyyat departamentinin direktoru Teyyub Abdullayev də şairə böyük yaradıcılıq uğurları arzuladı.

Sonda xatirə şəkli çəkildi.

Elbar Şirinov

 

 

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA