booked.netbooked.net booked.net  

...QHT Agentliyi hər zaman belə olub – mediada, sosial şəbəkələrdə səsləndirilən iradlara anında aqressiv reaksiya verib. Dözümsüzdürlər, aydan arı, sudan duru olduqlarını düşünürlər; sanki heç vaxt səhv etməzlər.
Yanlış düşüncədir: əgər iş varsa, səhvlər, yanlışlar da var və insanların tənqid haqqına dözümlü yanaşmaq Prezident yanında olan bir Agentliyin borcudur. Agentlik işini görüb, seçimini edib, sözünü deyib – indi gözlə, tənqidləri qəbul et!
Etməz, etmir və etməyib – təəssüf ki, bu qurumun mayası əvvəldən belə yoğrulub.
İllah ki, reaksiya verməyi özlərinə borc bilirlər, daha adil və daha peşəkar yanaşma sərgiləyə bilərdilər.
Məsələn, “Şuşa İli” ilə bağlı elan edilən qrant müsabiqəyə 205 layihə təqdim edilməsinin özü çox müsbət bir haldır. 205 layihənin içindən 22 layihəni seçməyin çətinliyi, ağırlığı, məsuliyyəti və bu zaman dəyərləndirmədə fərqli baxışların olmasını qeyd edib, səslənən tənqidlərə anlayışlı münasibətlə özlərinin layiq olduqları yeri yox, “Prezidentin yanında” statusuna layiq davrandıqlarını göstərə bilərdilər.
Təki belə bir ərkanları olaydı, təki “Prezidentin yanında” olmanın məsuliyyətini anlayardılar.
Bu dövlət ərkanı əvəzinə “Şuşanın təmiz havasını udub, əsrarəngiz gözəlliyini seyr edərək yazıram” ədalı bir hikkə ortaya qoymaq Şuşaya kimlərin buraxıldığı məsələsini bir daha gündəmə gətirir...
Aynur CAMALQIZI
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN