Gürcüstan Avropa İttifaqına doğru addımlamaqdadır...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, "Komissiyanın hesabatında təqdim olunan prioritetlər həll olunan kimi biz Gürcüstana namizəd statusu verməyə hazırıq", - deyən Avropa Şurasının prezidenti Şarl Mişel müsahibəsində bildirib ki, Ukrayna, Moldova və Gürcüstan xalqlarının gələcəyi Avropa İttifaqındadır. Sitat: "Keçən həftə biz Avropa İttifaqının 27 lideri ilə birlikdə bir sıra mühüm geosiyasi qərarlar qəbul etdik. İlk növbədə, biz Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəldik. Bu ölkələrin və onların xalqının gələcəyi Avropa İttifaqındadır".

Ukrayna ilə Rusiya arasında neçə aydır davam edən müharibə Avropa ölkələrinə daha bir siqnal oldu. Avropa İttifaqının sıralarında Rusiya ilə münasibətləri korlanmış ölkələrin çoxluğu durmadan artmaqdadır. Bütün hallarda, Rusiyanın siyasi rəhbərliyinin bunu nəzərə alması vacibdir. Zaman keçdikcə, Rusiyanın ətrafı boşalmaqdadır...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA