Avropa İttifaqı Kremlə daha sərt iqtisadi təzyiqləri artırmağı planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin yazdığına görə, sanksiyalar Rusiya iqtisadiyyatına, maliyyə sektoruna, hərbi və siyasi elitasına zərbə vurmaq, ölkənin pul və aktivlərini Aİ blokunda qapalı saxlamaq, Moskva ilə ticarət və maliyyə əlaqələrini kəskin şəkildə məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Qeyd edək ki, Avropa İttifaqı ölkələri tətbiq edilən sanskiyalar nəticəsində Rusiya vətəndaşlarına məxsus 14 milyard avroya yaxın aktivləri dondurub.

İndiyədək Rusiyaya qarşı sanksiyalar paketinin əsas mahiyyətində Rusiyanın qaz və neft alıcılarının bu məhsullardan imtinası dururdu. Artıq əsas alıcılar olan Avropa Rusiya qazından və neftindən imtina etməkdədir.

A.Məmmədli

 

www.24news.ge