Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində kiçik irəliləyişlər əldə etməyə davam edir.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Rusiya tərəfi özü isə bəzi qəsəbələri ələ keçirdiyini iddia edir. Hansı ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb. Sitat: "Rusiya qüvvələri, ehtimal ki, Ukrayna qüvvələrinə hərbi təzyiq göstərəcək. Eyni zamanda Rusiya qoşunlarının yaxın gələcəkdə növbəti hücumlar üçün yenidən qruplaşdırılacağı gözlənilir". O da bildirilir ki, Rusiya Silahlı Qüvvələrində kadr çatışmazlığı yaranıb: "Buna görə də Rusiya həbsxanalarındakı bəzi adamlar “Vaqner” özəl hərbi şirkətinə cəlb edilə bilər. Belə olsa, bu, şəxsi heyətdəki çatışmazlığı əvəz etməkdə çətinliklər olduğunu göstərəcək".

Müharibə isə davam edir, itkilər hər iki tərəfdə artmaqdadır.

A.Məmmədli