Rusiyanın Novosibirsk şəhər şurasının üzvü, müstəqil deputat Helqa Piroqova barəsində cinayət işi açıldıqdan sonra o, Gürcüstana qaçıb.

Tezadlar.az xəbər verir ki, bu barədə millət vəkilinin özü sosial şəbəkə hesabında yazıb. O bildirib ki, iyulun 25-də Rusiya İstintaq Komitəsində dindirilməli idi. Buna səbəb Piroqovanın Tvitterdə rusiyalı hərbçilərin dəfn mərasimi ilə əlaqədar yazdığı şərh olub: “Sözlə ifadə etmək olmur, mən onların hamısını diriltmək, yanaqlarına bərk vurmaq istəyirəm, sonra isə qoy məzarlarına qayıtsınlar. Nahaq yerə onlar üçün dəbdəbəli dəfn qurublar”, - deyə o, dəbdəbəli dəfn üçün hakimiyyətə təşəkkür edən ailənin paylaşımına yazdığı şərhdə qeyd edib. Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladıqdan sonra isə Piroqovanın Tbilisidə olduğu məlum olub.

A.Məmmədli