booked.netbooked.net booked.net  

“Əgər Putin Ukraynada qələbə qazansa, onlar bizim qapımıza gələcəklər.”

Bunu Litva prezidenti Gitanas Nauseda “Amerikanın Səsi”nə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya döyüş meydanında məğlub olmalıdır - danışıqlar aparmağın mənası yoxdur.

"Putin gözləyirdi ki, bir neçə günə Kiyevi ələ keçirəcəklər və bu müharibə Rusiya üçün böyük siyasi və iqtisadi nəticələr verməyəcək. Amma biz görürük ki, bu, heç də belə deyil. Münaqişəni danışıqlar masası arxasında həll etmək mümkün deyil. Münaqişə döyüş meydanında həll olunacaq... “, - vurğulayıb.

Q, Ukraynanın bu müharibədə qələbə çalması üçün dəstək göstərməyin vacibliyini diqqətə çatdırıb.

“Mən başqa alternativ görmürəm və biz bu müharibədə Ukraynanın qələbəsi üçün səy göstərməliyik. Bütün digər ssenarilər Ukrayna, Litva və bütün demokratik dünya üçün çox qaranlıq ola bilər. Qeyd etmək çox vacibdir ki, Vladimir Putinin iştahının həddi-hüdudu yoxdur. Əgər o, Ukraynada uğur qazansa, onlar bizim qapımıza gələcəklər. Mən bilmirəm, onların növbəti hədəfi kim olacaq - Baltikyanı ölkələr, ola bilsin Polşa, bəlkə də Rumıniya, amma bu, ən vacib sual deyil. Ən əsası NATO və Avropa İttifaqı formatında Putini dayandıracaq bir şey etməkdir”, - deyə Litva prezidenti bildirib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN