booked.netbooked.net booked.net  

Maraqlıdır, bir müddətdir yoxa çıxan Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna ilə münaqişədə az gücə malik nüvə silahından istifadənin tərəfdarı olduğunu bildirib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Kadırov özünün Telegram kanalında belə yazıb. Sitat: “Rusiya Müdafiə Nazirliyinin Ali Baş Komandana nə məruzə etdiyini bilmirəm, amma mənim şəxsi fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana qədər az gücə malik nüvə silahlarının tətbiqi daxil daha sərt tədbirlər görülməlidir. Hər qərarı Qərb-Amerika ictimaiyyətinə nəzər salaraq qəbul etmək lazım deyil. Onlar onsuz da bizə qarşı çox şey ediblər. Dünən İzyumda parad oldu, bu gün Limanda bayraq qaldırıldı, sabah nə olacaq? Bu qədər pis olmasaydı, hər şey yaxşı olardı”.

Kadırov Ukraynanın Liman şəhəri istiqamətində müdafiəyə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib. Belə ki, ötən gün Rusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkilməyə məcbur olub.

Dünən, həmçinin ruslar işğal etdikləri 3 qəsəbəni qoyub qaçıblar.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN