booked.netbooked.net booked.net  

Saakaşvilinin xəstəliyi ətrafında qalmaqallar davam edir...

nəhayət, "Empatiya” Tibb Mərkəzi eks prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı hazırlanmış hesabatı ictimaiyyətə təqdim edib. 24News.ge xəbər verir ki, hesabatda zəhərli maddələrin, o cümlədən kimyəvi birləşmələrin və radioaktiv maddələrin vaxtında diaqnostikasının aparılması zəruri olduğu bildirilib. Qeyd olunub ki, proses gecikdirilərsə, bu zaman intoksikasiya ehtimalını nəzərə alaraq Saakaşvilinin koma və ölümü qaçınılmazdır. Hesabatda 20-dən çox diaqnoz və ya simptom-kompleks olduğu bildirilib. Qeyd olunub ki, onlardan 10-u ciddi diaqnozdur və bu da Saakaşvilinin mövcud vəziyyəti ilə birgə həbs cəzasının yolverilməz olduğunu ortaya qoyur.

Dünyanın bir çox ölkələrinin rəhbərləri Saakaşvilinin həbsdən buraxılmasını tələb etsələr də, Gürcüstan hakimiyyəti bu məsələdə rahat deyil. Lakin güman edilir ki, Saakaşvili yaxın vaxtlarda buraxıla bilər.

A.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN