booked.netbooked.net booked.net  

molla rejiminin hökm sürdüyü İranda etirazlarda artıq 462 nəfər həlak olub...

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki,  bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Təəssüflər olsun kiş ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir. 17 sentyabr tarixindən aparılan hesablamaya görə, 18 206 nəfər həbs olunub. Onlardan 3 492 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 583 nəfər tələbədir. Nümayişlərə 143 universitetin öyrənciləri qoşulub. 157 şəhəri əhatə edən aksiyalarda güc strukturlarının 61 nümayəndəsi öldürülüb. İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

Bəli, vətəndaşlarının azadlığını əlindən əsrlər boyudur alan rejim məhvə məhkumdur! Mollaların övladları xarici ölkələrdə eyşt-işrətdə ikən, ölkənin daxilində qadınlar hicab yasaqları, kişilər digər konstitusion hüquqlardan məhrum edilməklə imtahana çəkilir, qeyri-insani rəftara məhkum edilib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN