Ukrayna bütün cəbhələrdə mübarizə aparır və hələki işğala yox deyir, ərazilərini geri qaytarır...

Lakin müharibə itkilərsiz ötüşmür. Belə ki, Rusiya-Ukrayna müharibəsində Ukrayna 13 min hərbçi itirib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ün efirində bildirib. O bildirib ki, Ukrayna tərəfi Rusiyadan fərqli olaraq itkilərinin sayını gizlətmir. Sitat: “Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq, gizlətmirik”.

M.Podolyak bildirib ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.

Müharibə isə davam edir...

A.Məmmədli