ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin cəbhədəki Rusiya ordusunun problemləri ilə bağlı artıq məlumatlandırılıb. Ona görə də yaxın gələcəkdə müharibənin qısamüddətli məqsədləri dəyişə bilər.

Tezadlar.az "Reuters" Agentliyinə istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı ordusunun uğursuzluğuna təəccüblənib və müharibənin məqsədlərini müvəqqəti olaraq “düzəliş edə” bilir. Eyni zamanda, o, uzunmüddətli perspektivdə Ukraynanı ələ keçirmək planlarından əl çəkməyəcək, deyə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Qeyns "Reuters" agentliyinə bildirib. Onun sözlərinə görə, indi Rusiya rəhbərliyi Ukraynada qısamüddətli hədəfləri azalda bilər ki, sonradan ölkəni ələ keçirməyə qayıtsın. Qeyns deyib ki, Rusiyada təchizat sürətlə tükənir. ABŞ kəşfiyyatının məlumatına görə, Putin artıq Ukrayna cəbhəsində ordusunun üzləşdiyi problemlərdən xəbərdardır. Lakin onun silahlı qüvvələrinin vəziyyəti haqqında tam təsəvvürünün olub-olmadığı məlum deyil. ABŞ milli kəşfiyyatının rəhbəri belə izah edib: “Biz döyüş sursatı, mənəviyyat, təchizat problemləri, logistika çatışmazlığını aydın görürük”.
 Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Ukraynada strateji ehtiyatlarda olan bəzi silah növlərini istifadə etməyə başladığı və bu ilin avqustunda istehsal olunan raketlərlə qismən raket zərbələri endirdiyi barədə məlumat vermişdir.

Müharibə isə davam edir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA