booked.netbooked.net booked.net  

Ermənipərəst konqresmenlər uzun müddət idi ABŞ-ın Türkiyəyə F-16-ları satmasına qarşı çıxırdı...

Nıhayət. ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb. Tezadlar.az CNN-Ə İSTİNADLA BİLDİRİR Kİ, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar. Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul edilən Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.

Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusu Qarabağda erməni işğalçılarına qarşı hərbi əməliyyatlara başlayanda düşmənin və havadarlarının yuxusunu qaçıran da elə F-16-ların döyüş məkanında görünə biləcəyi idi. Hətta Fransa TV-nin müxbirinin Prezident İlham Əliyevə bu barədə sualı da cavabsız qalmamışdı... Prezident jurnalistə izah vermişdi ki, Türkiyəyə məxsus F-16-lar Azərbaycanda var, amma hələki onların havaya qalxmasına ehtiyac yoxdur... Düşmən isə Azərbaycan konstruktorlarının Sovetdən qalma "kukruznik"ləri F-16 formasında düzəldərək düşmənin raket atəşi nöqtələrini müəyyən etməkdə istifadəsini Türkiyə qırıcılarına oxşatmışdı...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN