booked.netbooked.net booked.net  

İsveç və Finlandiyanın NATO-ya rəsmi qəbul prosesi tezliklə yekunlaşacaq.

 Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Dövlət Departamentində finlandiyalı və isveçli həmkarları ilə danışıqların yekunları üzrə deyib.

"Finlandiya və İsveç NATO-nun müttəfiqi olmağa hazırdırlar. Onların hərbçiləri Kosovoda, Əfqanıstanda, İraqda və Liviyada ABŞ və NATO qoşunları ilə çiyin-çiyinə xidmət edirdi", - Amerikanın xarici siyasət qurumunun rəhbəri deyib.

Blinken əminliklə bildirib ki, NATO-nun Madriddə keçiriləcək sammitindən sonra çox yaxın vaxtlarda NATO Finlandiya və İsveçi rəsmən öz üzvləri kimi qəbul edəcək.

ABŞ dövlət katibi, həmçinin İsveç və Finlandiyanın öhdəliklərini yerinə yetirmək üçün mühüm konkret addımlar atdıqlarına diqqət çəkib.

***

Xatırladaq ki, Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı Türkiyə razılıq verməyib. Türkiyə tərəfi hər iki ölkənin terrorçuları uzun illərdir ki, himayə etdiklərini bildirib. Və buna görə də onların qarşısında bir sıra şərtlər irəli sürüblər və bu şərtlərə əməl olunmayanadək razılıq verməyəcəklərini bildiriblər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə açıqlamalar verib. Daha sonra, iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzaladılar.

Lakin bir neçə gün əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər iki ölkədən narazılığını dilə gətirib. O, qeyd edib ki, İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq üçün atdığı addımları görmür və onlar 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan kürd terrorçuları ekstradisiya etmək niyyətində deyil. Türkiyə üçün bu ölkələrdən terrorçuların ekstradisiyası onların NATO-ya daxil olmasının şərtlərindən biridir.

 Hazırda Türkiyə və Macarıstan istisna olmaqla, 30 ölkədən 28-i şimal ölkələrinin NATO-ya qəbulu ilə bağlı müsbət qərar verib.

Lakin təəssüf ki, hər iki ölkə hələ ki, Türkiyəyə verdikləri sözü tutmurlar...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN