General-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Tezadlar.az-ın Prezidentin rəsmi internet saytına istinadən xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

 Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.