booked.netbooked.net booked.net  

ABŞ Prezidenti Co Bayden Əfqanıstan hakimiyyətinə

maliyyə dəstəyini, humanitar yardımı davam etdirəcək. Bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilib.

Məlumata görə, ABŞ Prezidenti Co Bayden Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə telefon danışığında “Taliban” qruplaşmasının hücumlarını müzakirə edib. Tərəflər münaqişənin yalnız danışıqlar yolu ilə həllinin doğru olduğunu bildiriblər.

Cozef Bayden Əfqanıstana humanitar yardımla yanaşı, təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə 3,3 milyard dollar məbləğində maliyyə vəsaitinin verilməsini Konqresdən tələb edib.

Həmin məbləğin 1 milyard dolları Əfqanıstan təhlükəsizlik qüvvələrinin hərbi sursat və s. almasına, 700 milyon dolları onların əmək haqlarına, 1 milyard dolları isə Əfqanıstan Hərbi Hava Qüvvələrinin keçirəcəyi əməliyyatlara xərclənəcək.

 Xatırladaq ki, BMT-nin məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-nə nəzarət edir.

"Qani hökuməti getdikdə “Taliban” silahı yerə qoyacaq"

Qeyd edək ki, “Taliban”ın sözçüsü və Əfqanıstan hökuməti ilə dialoqda iştirak edən nümayəndə heyətinin üzvü Suhail Şahin isə “Associated Press”ə müsahibəsində bildirib ki, Kabildə qarşıdurma tərəfləri üçün qəbul edilə bilən razılaşdırılmış hökumət qurulduqda və Ə. Qani hökuməti getdikdə “Taliban” silahı yerə qoyacaq: “Mən aydın şəkildə demək istəyirəm ki, biz hakimiyyətin inhisara alınmasına inanmırıq, çünki Əfqanıstanda keçmişdə hakimiyyəti inhisara almağa çalışan heç bir hökumət uğurlu ola bilmədi. Buna görə də eyni formulu təkrarlamaq istəmirik”.

Danışıqları yaxşı başlanğıc adlandıran “Taliban” sözçüsü qeyd edib ki, hökumət barışıq istəmir: “Onlar bizim təslim olmağımızı istəyirlər. Hər hansı atəşkəsdən əvvəl bizim üçün və digər əfqanlar üçün məqbul olan yeni bir hökumət barədə razılaşma olmalıdır. Sonra müharibə olmayacaq”.

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN