booked.netbooked.net booked.net  

Fevralın 3-də "Tərtər işi" kimi tanınan cinayət işi üzrə zərərçəkənlərin yaxınları "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"də tədbir keçiriblər.

Onlar yenə bu işdə kütləvi kobud qanun pozuntuları məsələsini qaldırıblar və kütləvi işgəncələrə imkan verən və əsassız hökmlər çıxaran şəxslərin hələ də cəzalandırılmamasından narazılıqlarını bildiriblər. İştirakçılar övladlarına verilən işgəncələrdən və istintaq orqanlarının qanunsuz hərəkətlərindən danışıblar. Valideynlər prezident İlham Əliyevdən "Tərtər işi" çərçivəsində ittihamlara yenidən baxılmasının təmin edilməsini xahiş ediblər. 

Tezadlar.az bildirir ki, 2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbiçi istintaqa cəlb olunub. Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında hərbiçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğu iddia edilir. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbiçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən azı 9 nəfər işgəncələr nəticəsində həyatını itirib. Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib. Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Məhkəmələr ötən il oktyabrın 5-də 16 nəfərə, dekabrın 6-da isə19 nəfərə bəraət verib.

İctimai rəydı isı bu məsələdə əsasən Azərbaycan Hərbi Prokurorluğunun rəhbərliyi günahlandırılır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN